Əli Əsədov Mixail Mişustinə başsağlığı verib

Əli Əsədov Mixail Mişustinə başsağlığı verib
# 12 may 2021 11:28 (UTC +04:00)

Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR