Əlverişsiz hava İrkutskdakı qəza yerinin müayinəsinə mane olur  

Əlverişsiz hava İrkutskdakı qəza yerinin müayinəsinə mane olur  
# 04 noyabr 2021 06:28 (UTC +04:00)

Həlak olanların cəsədlərinin genetik ekspertizası yaxın 3 gündə başlaya bilər.

APA-nın məlumatına görə, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib.

Vilayət rəhbəri bildirib ki, müstəntiqlər hadisə yerində işlərini 2 günə yekunlaşdıra bilərlər: “Əlverişsiz hava onların işini çətinləşdirir. Növbəti mərhələ isə meyitlərin DNT analizi yolu ilə şəxsiyyətinin müəyyən edilməsidir. Bundan sonra mərhumların cənazələri ailələrinə təhvil veriləcək. Hazırda qəza zonasında 50 nəfərlik qrup işləyir”.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədəkilərin hamısı həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR