Ermənistan xarici işlər nazirinin yeni müavini təyin olunub

Ermənistan xarici işlər nazirinin yeni müavini təyin olunub
# 09 noyabr 2021 11:50 (UTC +04:00)

Ermənistan xarici işlər nazirinin yeni müavini təyin olunub.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bununla bağlı Ermənistan Baş naziri Nikol Paşinyan müvafiq qərar imzalayıb.

Qərara əsasən, Ermənistanın Avropa Şurasındakı keçmiş daimi nümayəndəsi Paruyr Hovhannisyan Ermənistan xarici işlər nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Hovannisyan 2016-cı ildə Armen Papikyanın yerinə Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi vəzifəsinə təyin edilib, 2021-ci il noyabrın 1-də prezidentin qərarı ilə o, bu postdan azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR