Ermənistanda COVID-19-dan ölənlərin sayı 7212 nəfərə çatıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 7212 nəfərə çatıb
# 19 noyabr 2021 11:09 (UTC +04:00)

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 799 yeni yoluxma qeydə alınıb.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 332713-ə çatıb.

Son sutka ərzində infeksiyadan 29 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 7212 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR