Ermənistanda COVİD-19-dan ölənlərin sayı 7514 nəfərə çatıb

Ermənistanda COVİD-19-dan ölənlərin sayı 7514 nəfərə çatıb
# 28 noyabr 2021 11:14 (UTC +04:00)

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 337 931 nəfərə çatıb.
APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 409 nəfər COVİD-19-a yoluxub, 29 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 7514 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 439 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR