Ermənistanda hərbçinin güllələnmiş meyiti aşkarlanıb

Ermənistanda hərbçinin güllələnmiş meyiti aşkarlanıb
# 24 noyabr 2021 18:47 (UTC +04:00)

Ermənistanın Tavuş regionunda güllələnmiş hərbçi meyiti aşkar olunub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 14:50 radələrində sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət keçən 2001-ci il təvəllüdlü əsgər Suren Avetisyanın meyiti aşkarlanıb.

O, başından aldığı güllə yarasından ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR