Ermənistanda koronavirusdan ölənlərin sayı 7016 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 7016 nəfərə çatıb
# 14 noyabr 2021 11:11 (UTC +04:00)

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 328 963 nəfərə çatıb.
APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 882 nəfər COVİD-19-a yoluxub, 40 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 7016 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 6 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1377 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR