Ermənistanda kriminal qruplaşmanın üzvü olan keçmiş deputat və daha 3 nəfər öldürülüb

Ermənistanda kriminal qruplaşmanın üzvü olan keçmiş deputat və daha 3 nəfər öldürülüb
# 11 noyabr 2021 12:14 (UTC +04:00)

Ermənistanda kriminal qruplaşmanın üzvü olan keçmiş deputat öldürülüb.

APA-nın "news.am"a istinadən xəbərinə görə, kriminal avtoritet olan keçmiş deputatın evindəki növbəti yığıncaq silahlı insidentlə bitib.

Hadisə zamanı “Kanakertsi Tuy” cinayətkar qruplaşmasının üzvü olan eks-deputat Artuş Simonyan öldürülüb. Ümumilikdə isə qanlı mübahisənin 4 qurbanı olub, daha 4 nəfər isə yaralanıb. Onların arasında A. Simonyanın oğlu da var.

Hadisə yerində 4 giliz, 4 tapança və güllə ilə dolu iki avtomat tapılıb.

Faktı Ermənistan Prokurorluğu araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR