Ermənistanda qumbara partlayıb, 4 hərbçi yaralanıb

Ermənistanda qumbara partlayıb, 4 hərbçi yaralanıb
# 28 oktyabr 2021 14:37 (UTC +04:00)

Ermənistanın Geqarkunik vilayətində qumbara partlayıb, xəsarət alanlar var.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, hadisə vilayətin sərhədyanı ərazisində qeydə alınıb.

Yüngül bədən xəsarətləri alan hərbçilər xəstəxanaya yerləşdiriliblər, həyatları üçün təhlükə yoxdur.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR