Ermənistanda yoxsulluq səviyyəsi 7 faiz artıb

Ermənistanda yoxsulluq səviyyəsi 7 faiz artıb
# 05 noyabr 2021 11:34 (UTC +04:00)

Dünya Bankının məlumatına əsasən, 2021-ci ildə Ermənistanda yoxsulluq səviyyəsi 7 faiz artıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan bildirib.

O, hökumətin bu istiqamətdə hansı tədbirlər görəcəyinə dair maliyyə naziri Tiqran Xaçatryana sual ünvanlayıb.

Nazirin sözlərinə görə, hökumət Ermənistanda yoxsulluq səviyyəsinin artmasından xəbərdardır və problemi həll etməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR