Ermənistanın müdafiə naziri dəyişib

Arşak Karapetyan

© APA | Arşak Karapetyan

# 15 noyabr 2021 13:15 (UTC +04:00)

Ermənistanın müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Ermənistan Prezidenti Armen Sarksiyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında A. Karapetyanı vəzifəsindən azad edib. Onun yerinə isə Baş nazirin müavini Suren Papikyan təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR