Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın əmlakına həbs qoyulub - VİDEO

Seyran Ohanyan

© APA | Seyran Ohanyan

# 08 dekabr 2021 12:27 (UTC +04:00)

Ermənistan Baş Prokurorluğu “Hayastan” blokunun deputatı, sabiq müdafiə naziri Seyran Ohanyan və onun həyat yoldaşının əmlakına həbs qoyub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, sabiq prezident Serj Sarkisyanın mühafizə xidmətinin sabiq rəisi Vaçaqan Kazaryan və ailə üzvlərinin də əmlakına həbs qoyulub.

Prokurorluq S. Sarkisyanın qardaşı Levon Sarkisyan, onun oğlu və qızı, həmçinin, eks-spiker Qalust Saakyanın oğlu Arman Saakyan barədə də araşdırmaya başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR