Ermənistanın sabiq müdafiə naziri Tonoyan daha 2 ay həbsdə qalacaq

David Tonoyan

© APA | David Tonoyan

# 29 noyabr 2021 11:41 (UTC +04:00)

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan daha 2 ay həbsdə qalacaq.

APA-nın xəbərinə görə, bu barədə sabiq nazirin vəkili Sergey Ovannisyan “Azadlıq” radiosuna bildirib.

Onun sözlərinə görə, məhkəmə David Tonoyanın həbsi ilə bağlı məsələyə 3 gün ərzində baxıb, qərar noyabrın 27-də dərc olunub.

Qeyd edək ki, 2018-2020-ci illərdə müdafiə naziri postunu tutan D. Tonoyan sentyabrın 30-da Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, təxminən 4,7 milyon dollar vəsaiti mənimsəməkdə, saxtakarlıqda ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR