Ermənistanın sabiq nəqliyyat və rabitə naziri aeroportda saxlanılıb

Qaqik Beqlaryan

© APA | Qaqik Beqlaryan

# 18 may 2021 12:12 (UTC +04:00)

Ermənistanın sabiq nəqliyyat və rabitə naziri, İrəvanın keçmiş meri Qaqik Beqlaryan “Zvarnots” hava limanında saxlanılıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbər görə, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, keçmiş nazir bir gün əvvəl Moskvadan İrəvana gəlib və əməliyyatçılar onu hava limanında gözləyib. Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunan Q. Beqlaryan 2020-ci ilin mart ayından axtarışa verilib, onun barəsində qiyabi həbs qərarı verilib. Əmlakın mənimsənilməsi və vəzifədən sui-istifadədə ittiham olunan sabiq nazir dərhal nəzarətə alınıb.

Qeyd edək ki, Q. Beqlaryan 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkəni tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR