Gürcüstanda buster dozası üçün interval azaldılıb

Gürcüstanda buster dozası üçün interval azaldılıb
# 07 dekabr 2021 13:57 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə “Pfizer” vaksininin buster dozası üçün interval 6 aydan 5 aya endirilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buster doza kimi eyni vaksindən, eləcə də digər vaksinlərdən istifadə etmək mümkündür.

“Sinovac” və “Sinopharm” kimi inaktiv vaksinlərlə peyvəndlənənlər üçün buster doza periodu isə minimum 3 ay olaraq müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR