Gürcüstanda son sutkada COVID-19-dan 75 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-dan 75 nəfər ölüb
# 09 noyabr 2021 10:47 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 6 021 yoluxma halı qeydə alınıb, 75 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 761 067, ölənlərin sayı isə 10 584 nəfərə çatıb. Virusa yoluxanlardan 696 921 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR