Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Ermənistana rəsmi səfəri başlayıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, İ. Qaribaşvili İrəvana ilk rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.
Gürcüstan Baş nazirini səfərdə müavini, xarici işlər naziri David Zalkaliani müşayiət edir.