Kreml kibertəhlükəsizlik sahəsində Vaşinqtonla təmasları davam etdirməyə ümid edir

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 01 noyabr 2021 13:38 (UTC +04:00)

Moskva və Vaşinqton təmasları ən yüksək səviyyədə davam etdirməyə ehtiyac görür. Bu, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər üzrə dialoq üçün vacibdir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hesab edirik ki, həm ikitərəfli münasibətlərimiz, həm də daha geniş coğrafiyaya aid olan dialoqumuz baxımından yüksək səviyyədə təmaslar lazımdır”, - Kremlin sözçüsü vurğulayıb.

O, Rusiyanın kibertəhlükəsizlik sahəsində Vaşinqtonla təmasları davam etdirməyə ümid etdiyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR