Kreml Putin və Ərdoğan arasında telefon danışığı olacağını təsdiqləyib - YENİLƏNİB

Kreml Putin və Ərdoğan arasında telefon danışığı olacağını təsdiqləyib - YENİLƏNİB
# 01 dekabr 2021 15:24 (UTC +04:00)

Rusiya və Türkiyə prezidentlərinin telefon danışığına hazırlıq gedir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığının dekabrın 3-də baş tutacağını söyləyib.

***

saat 12:09

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə dekabrın 3-də telefonla danışacaq.

APA RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Latviyanın Riqa şəhərində keçirilən iclasından sonra açıqlama verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR