Kreml: Rusiya Kiyevin nəzarətində olmayan Donbass ərazilərini öz ərazilərinə birləşdirməyi planlaşdırmır

Kreml: Rusiya Kiyevin nəzarətində olmayan Donbass ərazilərini öz ərazilərinə birləşdirməyi planlaşdırmır
# 13 may 2021 14:13 (UTC +04:00)

Rusiya Kiyevin nəzarətində olmayan Donbass ərazilərini öz ərazilərinə birləşdirməyi planlaşdırmır. APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının Rusiya tərəfinin tanınmamış Donetsk və Luqansk xalq respublikalarını guya öz ərazilərinə birləşdirmək  niyyətində olması barədə bəyanatını şərh edərkən bildirib.

"Rusiya heç kəsin ərazisini özünə birləşdirməyi planlaşdırmayıb və planlaşdırmır. Heç vaxt bununla məşğul olmayıb", -  deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR