Kreml Rusiyanın Ukraynanı işğal edəcəyinə dair məqaləyə münasibət bildirib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 12 noyabr 2021 14:14 (UTC +04:00)

“Rusiya heç kimə təhlükə yaratmır, öz yolu ilə inkişaf edir və öz işi ilə məşğuldur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bloomberg” Agentliyinin Rusiyanın Ukraynanı işğal etməyi planlaşdıra biləcəyi ilə bağlı ABŞ-ın Avropanı xəbərdar etməsi haqqında məqaləsini şərh edən Kreml sözçüsü belə başlıqların boş, əsassız olaraq gərginliyi qızışdırmaqdan başqa bir şey olmadığını söyləyib: “Rusiya heç kimə təhlükə yaratmır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR