Kreml Rusiyanın Ukraynanı işğal planları ilə bağlı məlumatlara münasibət bildirib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 22 noyabr 2021 15:31 (UTC +04:00)

Rusiyanın Ukraynanı işğal planları ilə bağlı bəyanatlar gərginliyi artırmaq və Rusiyanı nizamlanmanı təhdid edən tərəf kimi göstərməyə cəhddir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynanı işğal planları haqqında məlumatlar Kiyevin aqressiv düşüncələri və Donbass probleminin güc yolu ilə həlli üçün kamuflyaj ola bilər: “Biz məqsədyönlü məlumat kampaniyası aparıldığını görürük.Bu, həqiqətən də belədir. Bəzi Amerika qəzetləri bu işdə fəal iştirak edir. Bu, gərginlik yaratmaq və yenə Rusiya Federasiyasını həll prosesini təhdid edən tərəf kimi təqdim etmək cəhdidir”.

D. Peskov bu məsələdə “Bloomberg”dən istifadə olunduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR