Lavrov: “ABŞ AUKUS formatını genişləndirməyə çalışır”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 06 dekabr 2021 14:20 (UTC +04:00)

ABŞ AUKUS formatını genişləndirməyə çalışır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dehlidə hindistanlı həmkarı ilə keçirdiyi danışıqların yekunu ilə bağlı mətbuat konfransında bildirib.

“İndi ABŞ AUKUS-u genişləndirməyə çalışacaq. Artıq bəyanatlar var ki, Yaponiya və Cənubi Koreya bu təşkilata qoşulmalıdır. Bunun regionda sülh və təhlükəsizliyə kömək edəcəyinə ciddi şübhələrim var”,- deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu ilin sentyabrında Avstraliya Böyük Britaniya və Amerika Birləşmiş Ştatları ilə müdafiə və təhlükəsizlik sahəsində AUKUS tərəfdaşlığı çərçivəsində müqavilə bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR