Lavrov-Blinken danışıqları 40 dəqiqə davam edib - YENİLƏNİB

Entoni Blinken, Sergey Lavrov

© APA | Entoni Blinken, Sergey Lavrov

# 02 dekabr 2021 15:41 (UTC +04:00)

İsveçin paytaxtı Stokholmda keçirilən ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüş başa çatıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş 40 dəqiqəyə yaxın davam edib.

Qeyd edək ki, Lavrov və Blinken ATƏT Xarici İşlər Naziriləri Şurasının Stokholmda keçirilən iclası çərçivəsində görüşüblər. Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri görüşdən öncə mətbuat nümayəndələri üçün protokol çıxışı ediblər.

Daha sonra isə görüş bağlı qapılar arxasında davam etdirilib.

***

15:00

İsveçin paytaxtı Stokholm şəhərində ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, ABŞ və Rusiya xarici siyasət idarələrinin rəhbərlərinin görüşü ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində keçirilir.

Görüşdən öncə, S. Lavrov və E. Blinken mətbuat üçün protokol çıxışı ediblər, müzakirə olunacaq məsələlər barədə məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR