Lukaşenko Belarusun Fransadakı səfirini istefaya göndərib

İqor Fisenko

© APA | İqor Fisenko

# 12 noyabr 2021 21:30 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın Fransadakı, eyni zamanda Monako və Portuqaliyada fövqəladə və səlahiyyətli səfiri İqor Fisenkonu vəzifəsindən azad edib.

APA xəbər verir ki, bu barədə Belarus prezidentin mətbuat xidməti məlumat yayıb.

Lakin Fisenko Belarusun UNESCO yanında daimi nümayəndəsi kimi səlahiyyətləri saxlanılıb.

Xatırladaq ki, oktyabr ayında Belarus Xarici İşlər Nazirliyi Fransanın Minskdəki səfiri Nikolas de Lakostun vəzifəsinin icrasına başlamadan ölkəni tərk etdiyini açıqlayıb. Belarusun Parisdəki diplomatik missiyasının rəhbəri İqor Fisenko məsləhətləşmələr üçün geri çağırılıb.

Fransa diplomatı Belarusa 2020-ci ilin noyabrında respublikanın təyin olunmuş səfiri kimi gəlib, həmin ilin dekabrında de Lakost etimadnaməsinin surətlərini xarici işlər naziri Vladimir Makeyə təqdim edib. Lakin bu günə qədər səfir etimadnaməsini Belarus prezidentinə təqdim etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR