MDB ölkələri silahlı qüvvələrinin birgə rabitə sistemi yaradılıb 

MDB ölkələri silahlı qüvvələrinin birgə rabitə sistemi yaradılıb 
# 07 dekabr 2021 14:13 (UTC +04:00)

MDB ölkələri məlumat mübadiləsi və birlik ölkələrinin orduları arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üçün silahlı qüvvələrin birgə rabitə sistemini yaradıblar.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın hüquq-informasiya portalında dərc olunan sazişin mətnində qeyd olunub.

Sənədə əsasən, qeyri-müəyyən müddətə bağlanan saziş Rusiya üçün 2021-ci il noyabrın 28-də qüvvəyə minib.

Lakin o, MDB-yə üzv olan istənilən dövlətin qoşulması üçün açıq qalır. Rusiya Federasiyasından başqa, bu günə kimi sazişə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR