Moskva vilayətində anbarda güclü yanğın olub - VİDEO

Moskva vilayətində anbarda güclü yanğın olub - <span class="red_color">VİDEO</span>

© APA | Maskava vilayətində ikimərtəbəli anbarda güclü yanğın

# 16 may 2021 01:24 (UTC +04:00)

Maskava vilayətinin Qorki Leninskiye qəsəbəsində yerləşən ikimərtəbəli anbarda güclü yanğın baş verib.

APA TASS-a istinadən xəbər verir ki, hadisə zamanı yanğın 5 min kvadrat metr ərazini əhatə edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, anbarın konstruksiyaları yanaraq yarasız hala düşüb.

Hadisə yerinə 78 yanğınsöndürən və 24 texnika cəlb edilib. Yanğının anbara bitişik obyektlərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğın söndürülüb. Dəymiş ziyanla bağlı məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR