Moskvada duman səbəbindən 150-dən çox təyyarə reysi təxirə salınıb

Moskvada duman səbəbindən 150-dən çox təyyarə reysi təxirə salınıb
# 02 noyabr 2021 22:46 (UTC +04:00)

Çərşənbə axşamı axşam havanın dumanlı olması səbəbindən Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetevoda 150-dən çox reys təxirə salınıb, bir çoxu isə ləğv edilib.

APA xəbər verir ki, bu barədə "Яндекс.Расписание" servisinin məlumatında bildirilib.

Qeyd edilib ki, Moskva vaxtı ilə saat 18.25-ə olan məlumata görə, Vnukovoda 48 reys gecikib, 9-u ləğv edilib, Domodedovoda 61 reys gecikib, 7-si ləğv edilib, Şeremetevoda isə 17 reys gecikib, 9-u ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR