Moskvada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır

Moskvada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır

© APA | Anastasiya Rakova

# 14 may 2021 16:20 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Moskva merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova şəhər parklarında "Sağlam Moskva" pavilyonlarının açılışına həsr olunan mətbuat konfransında deyib.

"Koronavirus heç yerə yox olmayıb. COVID-19-la bağlı vəziyyət paytaxtda kifayət qədər gərgin olaraq qalır. Yoluxma rəqəmləri bizi sevindirmir", - deyə Rakova bildirib.

O, koronavirusa yoluxmanın dövri olaraq çıxarılması və azalmasının mümkünlüyünü bildirib: "Ona görə də, özümüzü və yaxınlarımızı qorumaq üçün koronavorusa qarşı peyvənd olunmaq laızmdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR