Moskvada koronavirusla bağlı vəziyyət sabitləşib

Sergey Sobyanin

© APA | Sergey Sobyanin

# 03 noyabr 2021 16:20 (UTC +04:00)

Moskvada koronavirusla bağlı vəziyyətin sabitləşməsi müşahidə olunur.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.

O deyib ki, COVID-19-la bağlı vəziyyət sabitləşdiyindən oktyabrın 28-dən 11 gün müddətində tətbiq olunan qeyri-iş günlərinin müddətinin uzadılmasına ehtiyac qalmayıb.

Moskva meri noyabrın 8-dən etibarən paytaxtda restoran, kafe, ticarət və əyləncə mərkəzlərinin, xidmət sahələrinin fəaliyyətinin tam şəkildə bərpa olunacağını, orta məktəblərin əyani rejimə keçəcəklərini açıqlayıb: “Gələn həftənin birinci günündən şəhərdə adi həyat tərzi bərpa olunur. Lakin bununla belə, daha əvvəl qəbul olunmuş məhdudlaşdırılmalara riayət olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR