Moskvada Penitensiar Xidmətin zabiti güllələnib

Moskvada Penitensiar Xidmətin zabiti güllələnib
# 10 noyabr 2021 21:38 (UTC +04:00)

Moskvada axşam saatlarında Federal Penitensiar Xidmətin əməkdaşı güllələnib.

APA-nın məlumatına görə, bu barədə paytaxtın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Hücum edən şəxs saxlanılıb.

İlkin məlumata görə, hadisənin motivi xuliqanlıq olub.

Mənbənin sözlərinə görə, Penitensiar Xidmətin zabiti məhkumların daşınması şöbəsinin rəis müavinidir. O, evin girişində naməlum şəxs tərəfindən pnevmatik tapançadan güllələnib.

Zabir özü polisə müraciət edib. Xəstəxanaya aparılsa da, tibbi müayinədən sonra evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR