Moskvada sarı həyəcan səviyyəsi elan edilib

 Moskvada sarı həyəcan səviyyəsi elan edilib
# 14 noyabr 2021 03:46 (UTC +04:00)

Hava şəraitinə görə Rusiyanın paytaxtında sarı həyəcan səviyyəsi elan edilib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Hidrometeoroloji Mərkəzinin məlumatında deyilir.

Məlumatda göstərilir ki, sarı həyəcan səviyyəsi potensial təhlükəli hadisələrin intensivliyinin yüksək olduğu dövrdə elan edilir. Moskva və ətraf ərazilərdə bazar günü saat 20.00-dan bazar ertəsi 20.00-dək küləyin sürəti fasilələrlə saniyədə 15 metrə çata bilər. Bəzi ərazilərdə isə yollar buz bağlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR