Moskvada silahlı şəxs 2 nəfəri öldürüb, 3 nəfəri yaralayıb - YENİLƏNİB

Moskvada silahlı şəxs 2 nəfəri öldürüb, 3 nəfəri yaralayıb - YENİLƏNİB
# 07 dekabr 2021 17:32 (UTC +04:00)

Moskvada dovlət xidmətləri mərkəzində iki nəfərin ölümü ilə nəticələnən insidentin səbəbi məlum olub

Rusiya Daxili İşlər Nazirliyi Moskvada dövlət xidmətləri mərkəzində (ASAN Xidmətin analoqu) baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya DİN paytaxtın cənub-şərqində yerləşən dövlət xidmətləri mərkəzində silahla atəş açaraq iki nəfəri qətlə yetirən şəxsin 45 yaşlı Moksva sakini olduğunu açıqlayıb.

İlkin məlumata görə, insidentə səbəb mərkəzin mühafiçəsinin vətəndaşdan qoruyu maskadan istifadə ilə bağlı xahişi olub. Buna etiraz edən vətəndaş odlu silahla atəş açmağa başlayıb.

Nəticədə iki nəfər (mühafizəçi və operator) ölüb, üç nəfər yaralanıb. Yaralananlardan birinin 10 yaşlı qız olduğu bildirilir.

***

17:07

Rusiya paytaxtında dövlət xidmətləri mərkəzində silahlı insident baş verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın cənub-şərqində baş verən insident zamanı iki nəfər ölüb, biri yetkinlik yaşına çatmayan olmaqla üç nəfər yaralanıb.

İlkin məlumata görə, naməlum şəxs dövlət xidmətləri mərkəzində odlu silahdan atəş açıb. Faktla bağlı araşdırma aparılır.

Silahdan atəş açan şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR