Nazir müavini: "Polşa Belarusdakı miqrantları öz ərazisinə buraxmayacaq"

Nazir müavini: "Polşa Belarusdakı miqrantları öz ərazisinə buraxmayacaq"
# 23 noyabr 2021 23:17 (UTC +04:00)

Polşa hazırda Belarusda olan miqrantları, çarter reysləri ilə öz ölkələrinə göndərmək üçün heç bir halda ərazisinə buraxmayacaq.

APA-nın xəbərinə görə, bu barədə xarici işlər nazirinin müavini Pavel Yablonski məlumat verib.

Bununla da diplomat mühacirlərin bir hissəsinin Polşaya buraxılacağı və buradan gəldikləri ölkələrə qayıdacağı ilə bağlı yayılmış xəbərləri təkzib edib. Yablonskiy bildirib ki, yalnız qanunsuz yollarla Belarusdan Polşa ərazisinə artıq daxil olmuş miqrantlar Polşa aeroportlarından öz ölkələrinə göndəriləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR