"Omicron" oftalmoloji şəbəkəsi ÜST-dən yeni ştamın adının dəyişdirilməsini tələb edib

"Omicron" oftalmoloji şəbəkəsi ÜST-dən yeni ştamın adının dəyişdirilməsini tələb edib
# 03 dekabr 2021 03:16 (UTC +04:00)

“Omicron” oftalmoloji mərkəzlər şəbəkəsinin rəhbərliyi koronavirus infeksiyası kontekstində yeni ştama Omicron adının dəyişdirilməsi çağırışı ilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qarşı iddia qaldırıb.

APA xəbər verir ki, bu barədə şəbəkənin təsisçisi və baş direktoru Aleksandr Padar “Rossiya-24” telekanalının efirində bildirib.

“Omicron səhiyyə sahəsində qeydiyyatdan keçmiş ticarət nişanımız olduğu üçün ÜST-ə qarşı belə bir iddia qaldırdıq” deyə Padar vurğulayıb.

Onun sözlərinə görə, hüquqşünaslar məhkəmə prosesinin perspektivinə müsbət yanaşırlar: “Mövcud durum mənfəət əldə etməyimizə mənfi təsir göstərə bilər. Omikron ştamının dərcindən dörd gün keçdi və indiyə qədər elə də itkimiz olmayıb. Lakin bu ştam həqiqətən də ölümcül olarsa, geniş miqyas alarsa, o zaman təbii ki, maliyyə itkilərimiz qaçılmaz olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR