Paşinyan Lukaşenkonu Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı məlumatlandırıb

Paşinyan, Lukaşenko

© APA | Paşinyan, Lukaşenko

# 22 noyabr 2021 14:34 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

APA-nın xəbərinə görə, bu barədə BELTA Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Tərəflər Belarusda və Ermənistandakı vəziyyət barədə bir-birlərini məlumatlandırıblar, KTMT çərçivəsində problemli məsələləri müzakirə ediblər.

N. Paşinyan Belarus Prezidentinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və onun mümkün inkişaf yolları barədə də məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR