Peskov "Sputnik Light" peyvəndini vurdurduqdan sonra hərarətinin olduğunu bildirib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 13 noyabr 2021 04:14 (UTC +04:00)

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Sputnik Light” peyvəndi vurdurub.

APA-nın məlumatına görə, “Sputnik Light”a üstünlük verdiyini deyən Kremlin sözçüsü peyvəndi vurdurduqdan sonra gün ərzində hərarətinin olduğunu bildirib.

Peskov sözügedən peyvəndin keyfiyyətindən danışarkən orqanizmdə antitellərin yüksək səviyyədə qaldığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR