Prezident: "Kazanda orta məktəbə silahlı hücum zamanı 7-si şagird olmaqla, 8 nəfər həlak olub" - YENİLƏNİB-1

Kazanda silahlı insident

© APA | Kazanda silahlı insident

# 11 may 2021 13:00 (UTC +04:00)

Rusiyanın Kazan şəhərində orta məktəbə silahlı hücum zamanı 8 nəfər həlak olub.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Tatarıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tatarıstan prezidenti Rüstəm Minnixanov hadisə yerində jurnalistlərə açıqlamasında orta məktəbə silahlı hücum zamanı 8-ci sinif şagirdləri olan 7 uşağın həlak olduğunu, onlardan dördünün oğlan, üçünün qız olduğunu söyləyib. Həlak olanlardan biri isə müəllimdir.

Hadisə nəticəsində 16 nəfər yaralanıb.

***

12.07

Kazan şəhərinə orta məktəbdə baş vermiş silahlı insident zamanı ölənlərin sayı artıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 13-ə çatıb.

***

saat 11:48

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərinə orta məktəbdə silahlı insident baş verib.

APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə nəticəsində 1 müəllim və 8 şagird ölüb.

Dörd nəfərin yaralandığı bildirilib.

İlkin məlumatlara görə, naməlum şəxslər təhsil müəssisəsində atəş açıblar. Məktəbdə partlayış da baş verib.

Hazırda məktəbdən şagirdlərin təxliyəsi həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR