Putin ABŞ-la dialoqa hazır olduğunu bildirib

Vladimir Putin

© APA | Vladimir Putin

# 18 noyabr 2021 18:27 (UTC +04:00)

“ABŞ və Rusiyanın mövqeləri bəzən köklü şəkildə haçalanır, ancaq Rusiya dialoqa hazırdır”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında deyib.

“Bəzi ikitərəfli və çoxtərəfli məsələlərdə bizim maraqlar, qiymətləndirmələr, mövqelər bəzən həqiqətən də köklü şəkildə haçalanır, bu, hamıya yaxşı məlumdur. Lakin mən yenə də qeyd etmək istəyirəm ki, kontaktlara, fikir mübadiləsinə və konstruktiv dialoqa hazırıq”, - deyə Rusiya lideri vurğulayıb.

O, ABŞ Prezidenti Co Baydenlə görüşün dialoq üçün imkanlar açdığını bildirib: “Prezident Co Baydenlə Cenevrədə keçirilən sammit ABŞ və Rusiya arasında dialoq və münasibətlərin düzəlməsi üçün imkanlar açıb və artıq bəzi işlər görülür. Ən vacibi hər iki tərəfin əldə olunmuş razılaşmanı ardıcıl şəkildə inkişaf etdirməsidir”.

Putin qeyd edib ki, artıq strateji sabitlik və informasiya təhlükəsizliyi problemləri üzrə birgə iş aparılmasına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR