Putin Almaniyanın yeni kanslerini təbrik edib

Vladimir Putin

© APA | Vladimir Putin

# 08 dekabr 2021 16:28 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Olaf Şolsa Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinin icrasına başlaması münasibətilə təbrik teleqramı göndərib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təbrik teleqramında deyilir:

“Rusiya ilə Almaniya arasındakı münasibətlər ənənəvi olaraq təkcə bizim ölkələrin xalqları üçün deyil, həm də bütün Avropa üçün böyük əhəmiyyət kəsb edir. Mən sizinlə konstruktiv dialoq qurmağı və ikitərəfli və beynəlxalq gündəlikdəki aktual məsələlər üzərində birgə işləməyi səbirsizliklə gözləyirəm. Bu, şübhəsiz ki, rusiyalıların və almanların fundamental maraqlarına cavab verəcək, regional və qlobal səviyyədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR