Putin-Bayden görüşü əyani formatda keçirilməyə bilər

Co Bayden, Vladimir Putin

© APA | Co Bayden, Vladimir Putin

# 29 noyabr 2021 17:30 (UTC +04:00)

Rusiya və ABŞ prezidentlərinin növbəti sammitinin keçirilməsi üzrə işlər irəliləməkdədir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Vladimir Putinlə Co Baydenin görüşünün keçirilməsi ilə bağlı vəziyyətə yaxın günlərdə aydınlıq gələcəyini vurğulayıb.

“Hesab edirəm ki, yaxın vaxtlarda məsələyə aydınlıq gətiriləcək, indiki mərhələdə burada söhbət əyani təmasdan getmir. Lakin bu, heç də tədbirin əhəmiyyətini azaltmır. İkitərəfli münasibətlərdə və beynəlxalq arenada mövcud olan şərait və problemlərin məcmusunu nəzərə alsaq, prezidentlər arasında təmas, mənə elə gəlir ki, çox mühüm mərhələyə keçəcək”, - XİN rəhbərinin müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR