Putin: “Belarus-Aİ sərhədindəki miqrant böhranının Rusiya ilə əlaqəsi yoxdur”

Vladimir Putin

© APA | Vladimir Putin

# 13 noyabr 2021 13:05 (UTC +04:00)

Belarusun Avropa İttifaqı (Aİ) ilə sərhədindəki miqrasiya böhranının Rusiyanın ilə heç bir əlaqəsi yoxdur.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

“Mən hamının bilməsini istəyirəm ki, bizim bununla heç bir əlaqəmiz yoxdur. Hər kəs hər hansı səbəbdən və heç bir səbəb olmadan bizim üzərimizə hər hansı məsuliyyət qoymağa çalışır”, - Rusiya Prezidenti vurğulayıb.

V. Putin deyib ki, Rusiya aviaşirkətləri hazırda Belarus və Aİ sərhədində olan miqrantları daşımır.

Onun sözlərinə görə, Qərb dövlətləri özləri miqrasiya böhranını yaradıblar: “Miqrantlarla bağlı böhranların haradan qaynaqlandığını unutmaq lazım deyil. Bu problemləri məgər Belarus yaradıb? Xeyr, bunlar Qərb dövlətləri, o cümlədən Avropa ölkələri tərəfindən yaradılan səbəblərdir. Bu səbəblər həm siyasi, həm hərbi, həm də iqtisadi xarakter daşıyır”.

Rusiyanın dövlət başçısı Belarus lideri Aleksandr Lukaşenkonun Almaniya kansleri Angela Merkellə yaxın vaxtlarda danışıqlar aparacağına ümid etdiyini də vurğulayıb: “Mən belə başa düşdüm ki, Lukaşenko və Merkel danışıqlar aparmağa hazırdırlar. Ümid edirəm ki, bu, yaxın vaxtlarda baş verəcək. Bu həm də ona görə vacibdir ki, miqrantlar ilk növbədə Almaniyaya getməyə cəhd edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR