Putin: "Gərginləşən Fələstin-İsrail münaqişəsi təhlükəsizlik maraqlarımıza təsir edir"

#

© APA | Vladimir Putin

# 16:03
14 may 2021

Gərginləşən Fələstin-İsrail münaqişəsi sərhədlərimizin yaxınlığında baş verir və bu, təhlükəsizliyimizin maraqlarına birbaşa təsir edir.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsində deyib.

“Gündəlikdə duran məsələlərə keçməzdən əvvəl həmkarlardan Yaxın Şərqdəki vəziyyət barədə danışmalarını xahiş edərdim. Gərginləşən Fələstin-İsrail münaqişəsini nəzərdə tuturam. Bu, sərhədlərimizin yaxınlığında baş verir və təhlükəsizlik maraqlarımıza birbaşa təsir edir. Eləcə də, qonşu dövlət olan Ukraynada hazırda baş verənləri şərh etməyinizi xahiş edərdim”, - deyə Rusiya Prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR