Putin: "NATO-nun Ukraynada mövcudluğu Rusiya üçün təhlükədir"

Vladimir Putin

© APA | Vladimir Putin

# 21 oktyabr 2021 22:31 (UTC +04:00)

Şimali Atlantika Alyansının Ukraynada hərbi mövcudluğu Rusiya üçün təhlükə yaradır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

"Ukraynanın NATO-ya rəsmi üzvlüyü ola bilsin ki, baş tutmayacaq, ancaq ərazinin hərbi cəhətdən mənimsənilməsi artıq gedir. Bu, həqiqətən də Rusiya Federasiyası üçün təhlükə yaradır və biz bunun fərqindəyik".

Putinin sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Austin verdiyi bəyanatlarla faktiki olaraq Ukrayna üçün NATO-nun qapısını açır: "Pentaqon rəhbəri "bəli, hər bir ölkənin buna haqqı var" deməklə Ukrayna üçün NATO-nun qapısını açır. Heç kim yox demir. Hətta indi Kiyevlə Şimal alyansı arasında yaxınlaşma prosesini əngəlləyən Avropa ölkələrinin liderləri də Ukraynanın təşkilata üzvlüyünə qarşı çıxmırlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR