Putin Patriarx Kirilli Rusiyanın ən ali ordeni ilə təltif edib

Putin Patriarx Kirilli Rusiyanın ən ali ordeni ilə təltif edib
# 20 noyabr 2021 13:48 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Moskva və bütün Rusiyanın Patriarxı Kirilli Rusiyanın ali mükafatı “Müqəddəs apostol Andrey Pervozvannıy” ordeni ilə təltif edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin Yekaterina zalında keçirilən mərsimdə Putin ali mükafatı Patriarx Kirillə təqdim edib.

Rusiya Prezidenti Patriarx Kirilli 75 illik yubileyi ilə münasibəti ilə təbrik edərək onun xalqın ənənəvi dəyərlərinin, tarixi və mədəni irsinin qorunub saxlanılmasına böyük töhvə verdiyini bildirib.

Qeyd edək ki, “Müqəddəs apostol Andrey Pervozvannıy” ordeni Rusiya Federasiyasının ən ali mükafatı hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR