Putin Rusiya ordusundakı PUA-ların sayını açıqlayıb

Vladimir Putin

© APA | Vladimir Putin

# 02 noyabr 2021 16:41 (UTC +04:00)

"Rusiya ordusu 2000-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə silahlanıb".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə sənayesi üzrə keçirdiyi müşavirədə bildirib.

“İndi bizim 2 mindən çox pilotsuz uçan aparatımız silahlı qüvvələrdə xidmətdədir. Biz onların üzərində işləməyə davam etməli və digər məsələlərlə yanaşı, süni intellekti, ən müasir texniki və elmi nailiyyətləri tətbiq edərək son vaxtlar olduğu kimi çox çalışmalıyıq. Təbii ki, bu pilotsuz uçuş aparatlarından istifadə edərkən özümüzün əldə etdiyimiz təcrübəni nəzərdə tuturam", - deyə Putin qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR