Putin Rusiyanı Yaxın Şərqdəki münaqişələrin həllində qərəzsiz vasitəçi adlandırıb

Vladimir Putin

© APA | Vladimir Putin

# 18 noyabr 2021 18:15 (UTC +04:00)

Rusiya həmişə Yaxın Şərqdəki münaqişələrin həllində qərəzsiz vasitəçi kimi çıxış edir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin (XİN) kollegiya iclasında bildirib.

“Rusiya həmişə Yaxın Şərqdəki münaqişələrin və böhranların həllində qərəzsiz vasitəçi kimi çıxış edib və bundan sonra da çıxış edəcək, bu regionda vəziyyətin sabitləşməsinə hər cür köməklik göstərəcək”, - Rusiya lideri vurğulayıb.

Ölkəsinin xarici siyasət prioritetlərindən danışan V. Putin qeyd edib ki, Rusiyanın xarici siyasətində şərtsiz prioritet bütün Yaxın Şərq ölkələri ilə dialoqun inkişafıdır. O, Afrika ölkələri ilə də əməkdaşlığın inkişaf edəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR