Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib

Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib
# 03 dekabr 2021 14:32 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərinin iclasını keçirib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin TŞ-nin daimi üzvlərinə yeniyetmələr tərəfindən törədilən cinayətlər mövzusunu və yeniyetmələrin kriminala cəlb olunmasından qorumaq məsələlərini müzakirə etməyi təklif edib.

"Biz tez-tez bu barədə danışırıq, yetkinlik yaşına çatmayanların cinayətkarlığı ilə bağlı çox vacib, həssas mövzuya müraciət edirik. Ona görə də bu gün biz yetkinlik yaşına çatmayanların cinayət təzahürlərindən qorunması və onların qanunsuz fəaliyyətə cəlb edilməsinin qarşısının alınması ilə bağlı daxili işlər nazirini dinləyəcəyik", - deyə Rusiya dövlət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR