Putinin gələn həftə üçün iş qrafiki açıqlanıb

Vladimir Putin, Rusiya Prezidenti

© APA | Vladimir Putin, Rusiya Prezidenti

# 07 noyabr 2021 16:15 (UTC +04:00)

Kreml Rusiya Prezidenti Vladimir Putinin gələn həftə üçün iş qrafiki ilə bağlı məlumatları açıqlayıb.
APA-nın Moskva müxbirinin “Rossiya 1” telekanalına istinadən verdiyi məlumata görə, gələn həftə Putin Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASEAN) sammitində, “Sber” bankın yubileyinə həsr olunan konfransın plenar iclasında iştirak edəcək, Moskvada dahi rus yazıçısı Fyodr Dostayevskinin heykəlinin açılışını edəcək, eləcə də Hərbi Sənaye Komissiyasının iclasını və Nazirlər Kabineti ilə müşavirə keçirəcək.
Rusiya Prezidentinin gələn həftə iş qrafiki ilə bağlı məlumatları “Rossiya 1” telekanlında yayımlanan “Moskva. Kreml.Putin” proqramında jurnalist Pavel Zarubin açıqlayıb.
Xatırladaq ki, oktyabrın 23-də “Aliq Media” noyabrın 9-da Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki yeni sənədin imzalanacağı barədə məlumat yaymışdı. Birinci sənədin Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını, ikinci sənədin isə regionda kommunikasiya əlaqələrinin bərpasını, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcəyi bildirilmişdi. Qeyd olunmuşdu ki, sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR