Qazaxıstanda şaxtada ventilyasiya qurğusu sıradan çıxıb, 6 nəfər ölüb

Qazaxıstanda şaxtada ventilyasiya qurğusu sıradan çıxıb, 6 nəfər ölüb
# 07 noyabr 2021 09:32 (UTC +04:00)

Qazaxıstanda kömür şaxtasında ventilyasiya qurğusunda nasazlıq yaranıb.
APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Karaqandin vilayətindəki Abay şaxtasında olub. İlkin məlumata görə, yerli vaxtla saat 09.30 radələrində ventilyasiya qurğusunda yaranan nasazlıq nəticəsində metan qazından 6 şaxtaçı ölüb, 2 nəfər xəsarət alıb.
Şaxtada hadisə vaxtı ümumilikdə 64 şaxtaçı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR